Nemtsovun rəfiqəsi qətlin təfərrütlarından danışıb

Rusiyanın müxalif siyasətçisi Boris Nemtsov öldürülərkən onun yanında olan rəfiqəsi, 23 yaşlı ukraynalı model Anna Duritskayanın anası İnna Mixaylovna olayla bağlı həmin gecə öz qızı ilə danışıqlarını açıqlayıb.

“O, Borisi restoranda gözləyib. Onlar şam ediblər. Küçədə Anya təklif edib ki, taksi tutsunlar. Ancaq Boris imtina edib və bir az da gəzmək istədiyini söyləyib. Onlar körpü ilə gedərkən Anya onun əlindən tutubmuş. Bu zaman o, boğuq səslər eşidib. Boris dərhal süstləşib və yerə yıxılıb. Anya çox qorxub. Milis çağırmağa başlayıb və dərhal mənə zəng edib...” – qadın danışıb.

Qızı telefonda anasına belə deyib: “Mama, Borisi öldürdülər! Onun kürəyinə atəş açdılar və indi o, yanımda yerdədir”.

Anasının sözlərinə görə, qızı bütün gecəni onunla əlaqədə olub. “Növbəti dədə o, zəng edib dedi ki, maşındadır və ifadə verir. Və bütün gecəni, səhər saat 5-dək onu ifadə almaq üçün müxtəlif məntəqələr üzrə gəzdiriblər” - əlavə edib o.

Xatırladaq ki, Nemtsovun rəfiqəsi hazırda Moskva mənzillərinin birində faktiki həbsə altında saxlanılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar