“ABŞ kəşfiyyatı Nemtsovun qətlinin arxasında ...” - Kerri

150224165631_sp_kerry_624x351_apABŞ kəşfiyyatına Nemtsovun qətlinin arxasında kimin durduğu bəlli deyil. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Birləşmiş Ştatların dövlət katibi Con Kerri bildirib.

“Mahiyyət ondan ibarətdir ki, biz qətllə bağlı detallı, şəffaf, həqiqi istintaq aparılacağına ümid edirik. Özü də istintaq təkcə kimin atəş açdığına yox, həm də kimin sifarişçi olduğuna və ya qatillərə kimin təlimat verdiyinə, bunun arxasında kimin durduğuna da aydınlıq gətirməlidir” – deyib Kerri.

Dövlət katibinin sözlərinə görə, əgər Moskvanın mərkəzində, günün günorta çağı 4 nəfər maşından çıxır və atəş açırsa, bu, həddən artıq qeyri-adi hadisədir.

Kerri Nemtsovun Rusiuyanın digər ölkələrlə əlaqələrinin yaxşılaşmasının tərəfdarı kimi çıxış etdiyini söyləyib. “Baş nazirin müavini postunda olarkən o, ABŞ-la münasibətlərin yaxşılaşması üçün çox iş görüb” - əlavə edib Amerika xarici siyasət idarəsinin başçısı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar