Türkiyə Mosul əməliyyatında

Türkiyə əməliyyata hərbi, texniki və cəbbəxana yardımı göstərəcək

Bu yaz keçirilməsi planlaşdırılan Mosulun İŞİD-dən xilas olunması əməliyyatında Türkiyə hərbi birləşmələrinin də iştirak edəcəyi iddia olunub. Anspress-in məlumatına görə, sabiq Mosul meri Asil Nuceyfi kürdlərə məxsus “Rudaw” saytına verdiyi müsahibədə, “Türkiyənin bu əməliyyatda iştirak etməyə qərar verdiyini açıqlayıb.

Nuceyfi açıqlamasında, Türkiyənin əməliyyata hərbi, texniki, habelə silah və cəbbəxana yardımı göstərəcəyini qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl İraq prezidentinin müavini, Asil Nuceyfinin qardaşı Usamə Nuceyfi Türkiyədə səfərdə olmuş, prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşmüşdü.

Ninova vilayətinin mərkəzi hesab olunan Mosul isə keçən ildən bəri İŞİD yaraqlılarının işğalı altındadır.

Hazırda ABŞ rəhbərliyindəki koalisiya qüvvələri, İraq ordusu və peşmərgələr şəhərin xilas olunması üçün hazırlıqlara başlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar