Banklarda əhalinin əmanətləri “əriyib”

2015-ci ilin Yanvar ayında banklarda əhalinin əmanətləri azalıb. “Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, 01.02.2015-ci il tarixinə banklarda əhalinin 7 milyard 121,3 milyon manat əmanəti olub. Bu, ötən ilin sonu ilə müqayisədə 67 milyon manat azdır. 2014-cü ilin sonunda banklarda əhalinin əmanətləri 7 milyard 188,3 milyon manata çıxmışdı.

Əhalinin banklarda əmanətlərinin azalmasına qeyri-müəyyən iqtisadi vəziyyətin, manatın ucuzlaşacağı ehtimalının və Rublun dəyərdən düşməsinin təsir göstərmiş ola biləcəyi söylənilir.

Eyni zamanda, əmanətlərdən gələn faiz gəlirindən vergi tutulması ilə bağlı olaraq insanlar Yanvar ayında əmanətlərini geri götürməyə başlamışdılar. Sonradan bu məsələ öz həllini tapmışdı.

Digər bir səbəb sığortalanan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin aşağı olması idi. Yuxarı həddin 2013-cü ildən başlayaraq aşağı salınması əhalinin banklara əmanət yatırmaq marağına azaldıcı təsir göstərmişdi. Qeyd edək ki, artıq Əmanətlərin Sığortalanması Fondu 2015-ci il fevral ayının 24-dən etibarən banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddi 9%-dən 12%-ə qaldırılmışdır. Qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddinin qaldırılmasının yenidən banklarda əmanətləri artıracağı gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar