"Türkiyə Ermənistanla sərhədləri açmayacaq" - Ərdoğan

Türkiyə Azərbaycanın işğal edilmiş əraziləri azad olunmayanadək Ermənistanla sərhədlərini açmayacaq. Trend "Star" qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Prezident vurğulayıb ki, beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini qınayır.

Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi barədə danışarkən Ərdoğan qeyd edib ki, əgər Rusiya və ABŞ istəsə, münaqişənin tənzimlənməsi məsələsi çox tez həll edilə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar