AŞPA həmməruzəçilərinin Azərbaycana səfəri başlayıb

Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Tadeuş İvinski və Pedro Aqramuntun Azərbaycana səfəri başlayıb.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər martın 1-dən başlayıb.

Səfər çərçivəsində onların Milli Məclisin spikeri Oqtay Əsədov, Azərbaycanın AŞPA-da təmsil olunan nümayəndə heyətinin üzvləri, baş prokuror, ədliyyə naziri media, vətəndaş cəmiyyəti üzvləri ilə görüşü olacaq.

Avropa Şurasının Bakıdakı ofisinin təşkilatçılığı ilə həmməruzəçiləri parlamentdə təmsil olunmayan partiya üzvləri ilə də görüşəcəklər.

Səfər martın 4-də başa çatacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar