Saakaşvilinin tərəfdarları aksiyalara hazırlaşır

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin “Vahid milli hərəkat” partiyası martın 21-də Tbilisinin mərkəzində hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirməyə hazırlaşır. Partiya tərəfdarlarının fikrincə, hazırkı hökumət milli valyuta – larinin ucuzlaşmasını dayandırmağa qadir deyil. Oxu.az “Novosti-Qruziya”ya istinadən xəbər verir ki, larinin ABŞ dollarına olan məzənnəsi ötən ilin noyabrın 20-dən etibarən aşağı düşməyə başlayıb və 2,1654GEL/$1 səviyyəsində müəyyən olunub. Buna qədər milli valyutanın məzənnəsi 1,74 - 1,76 GEL/$1 səviyyəsində olub. Müxalifət təmsilçiləri və ekspertlər hesab edirlər ki, larinin məzənnəsinin aşağı düşməsi Gürcüstan hakimiyyətinin “düzgün olmayan iqtisadi siyasətinin” nəticəsidir.

“Bununla yanaşı hökumətin dəqiq planı yoxdur, onlar artıq xalqa qulaq asmırlar. Buna görə də, biz, müxalif qüvvə olaraq, onların bu səsi eşitmələri üçün çalışmalıyıq”, - partiyanın bəyanatında deyilir.

Etiraz aksiyasının mərkəzi Rustaveli prospektində keçiriləcəyi nəzərdə tutulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar