Ukrayna müharibəsində ölənlərin sayı 6 mini keçdi

BMT-nin insan haqları üzrə rəsmisi deyir ki, ötən ilin aprelindən Ukraynanın şərqindəki münaqişədə 6 mindən çox ölən olub.

Martın 2-də yaydığı bəyanatda BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Zeid Raad al-Hussein hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında müharibədə “dinc insanların və infrastrukturun rəhmsizcəsinə məhvini” pisləyib.

“Bir ildən də az bir müddətdə 6 mindən çox adam həlak olub,” o, deyib.

Təkcə son həftələrdə yüzlərlə dinc sakin və hərbçi öldürülüb. Səbəb Donetsk aeroportu və Debaltseve şəhəri ətrafında döyüşün yenidən qızışmasıdır.

Moskva münaqişəyə dəxli olmadığını bildirir. Ancaq BMT-nin hesabatına görə, dekabrdan bəri Rusiyadan separatçılara “ağır texnika və xarici döyüşçülərin göndərilməsinə dair etibarlı məlumatlar mövcuddur”.

Son günlər atışma kəsilib və 2 fevral Minsk atəşkəs sazişinə əməl olunacağına ümidlər artıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar