Hillari Klinton prezident seçkilərinə qatılır

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton prezidentliyə namizədliyini verə bilər.

APA-nın “The Wall Street Journal” qəzetinə istinadən verdiyi məlumata görə, H. Klinton 2016-cı ilin noyabrında keçiriləcək prezident seçkilərində iştirakını elan edəcək. O, Demokratlar Partiyasının sponsorlarına seçki kampaniyasına erkən başlayacağı ilə bağlı xəbərdarlıq göndərib.

Xatırladaq ki, ABŞ-ın hazırkı prezidenti Barak Obama Hillari Klintonun çox yaxşı prezident ola biləcəyini söyləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar