Cavid Qurbanov Arif Əsgərovun tikdirdiyini sökdürür – FOTO

Bakı Dəmir Yolu Vağzalı yenidən üzlənir

Bakı Dəmir Yolu Vağzalında təmir işlərinə başlanıb. “A24.az”ın xəbərinə görə, metronun “28 May” stansiyasının çıxışında yerləşən vağzal binasının fasadında hazırda söküntü işləri aparılır. Binanın bir və ikinci mərtəbələrində üzlük sökülüb, vağzal ərazisində də yenidənqurma işləri aparılır.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri, nəqliyyat nazirinin müavini Arif Əsgərovun dövründə Bakıda keçiriləcək 1-ci Avropa Oyunları ilə əlaqədar sözügedən binanın fasadı yenidən bahalı daşla üzlənmişdi. İndi isə QSC-nin yeni sədri Cavid Qurbanovun dövründə sözügedən binanın fasadı yenidən üzlənir. “A24.az”ın əməkdaşının əldə etdiyimiz məlumata görə, binanın üzü tam olaraq “Alkopan”la örtüləcək, bina əsaslı təmir olunacaq. Həmçinin, əvvəllər olduğu kimi vağzalda yenidən otel açılacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar