"ACP-nin Milli Şuradan narazılığı yoxdur"

Sülhəddin Əkbərvahid namizəd Cəmil Həsənli ilə görüşlərindən danışdı

Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər vəzifədən gedəcəyi haqda iddialara aydınlıq gətirib.Sülhəddin Əkbər “Media forum” saytına deyib ki, sədrlikdən istefa verməsi müzakirə olunmur və belə bir plan yoxdur: “Partiyada narazılıqların olması haqda yayılan məlumatlar məqsədyönlü kampaniyadır, tam yalandır. Belə məlumatlar Milli Şuranı dağıtmaq planının tərkib hissəsidir. Nə prezident seçkisinədək, nə seçkidən sonra sədrlikdən istefa vermək niyyətim var. Nizamnaməyə uyğun formada, təşkilatın lideri Rəsul Quliyevin və partiya üzvlərinin razılığı olduğu müddətdə sədr kimi fəaliyyətim davam edir. Mənim sədr vəzifəsindən getməyim heç bir zaman gündəmə gəlməyib”.

Partiya sədri bildirib ki, onunla Rəsul Quliyev arasında Milli Şurada iştirak, Cəmil Həsənlinin namizədliyinin dəstəklənməsi və digər siyasi proseslərlə bağlı fikir ayrılığı yoxdur: “Biz Milli Şuranın üzvüyük, şuranın qəbul etdiyi qərarlara hörmətlə yanaşırıq. Milli Şuranın vahid namizədinin seçki kampaniyasında fəal iştirak edəcəyik.

Sentyabrın 9-da Cəmil bəy partiyamızın rəhbərliyi ilə görüşdü. Milli Şuradakı vəziyyət, seçki kampaniyasının gedişi, ACP-nin prosesdə iştirakı, maliyyə dəstəyi ilə bağlı müzakirələr apardıq. Cəmil Həsənli dedi ki, ACP-nin seçki kampaniyasında aktiv iştirakını istəyir. Faydalı görüş oldu, Cəmil Həsənli razı qaldı. ACP kampaniyada aktiv iştirak edəcək. Şuranın vahid namizədi də buna bir daha əmin oldu. Milli Şuranın namizədi ilə keçirilən görüşdə əldə olunan razılaşmalar Rəsul Quliyevin də mövqeyini əks etdirir. Rəsul Quliyev bildirib ki, Cəmil Həsənlinin dəstəklənməsi üçün xalqa müraciət edəcək.

ACP-nin Milli Şuradan narazılığı yoxdur. Müzakirə olunan məsələlər haqda müxtəlif mövqelər ola bilər. Rəsul Quliyevin açıqlamaları da bu kontekstdə olub. Bu, ACP ilə Milli Şura arasında münaqişənin olması anlamına gəlmir. Şura siyasi və sosial baxımdan demokratik, rəngarəng bir qurumdur. Siyasi mövqeyimizi qərar qəbul edilənədək bildirmişdik. Artıq qərar qəbul olunub, yeni mərhələdəyik. Yeni mərhələdə Milli Şuranın qərarlarına uyğun olaraq fəal iştirak edəcəyik. Seçki prosesinə Milli Şuranın namizədi Cəmil Həsənli özü rəhbərlik edir. Eyni zamanda Seçki Strateji Mərkəzi yaradılıb. Mən də ACP sədri kimi orada təmsil olunuram. Əsas qərarlar orada qəbul olunacaq”.

Müxalifət partiyalarının maliyyə imkanlarının az olduğunu vurğulayan S.Əkbər bildirib ki, ACP Milli Şuranın namizədinə maddi dəstək verəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar