"Rusiyada dəyişiklik yalnız üsyanla reallaşa bilər" - Kasparov

Rusiya müxalifətinin liderlərindən biri, şahmat üzrə keçmiş dünya çempionu, hazırda mühacirətdə olan Harri Kasparov Boris Nemtsoun dəfnində iştirak edə bilməyəcəyini deyib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kasparov Moskvaya qayıtmağa qorxduğunu bildirib: “Mən bir tərəfə bilet almıram”. Onun fikrincə, Nemtsovun ölümü ilə Rusiyada dinc dəyişikliklərə olan ümid sönüb və əgər dəyişiklik baş verərsə, bu yalnız qanlı, kütləvi üsyan nəticəsində reallaşa bilər.

Şahmatçının fiktincə, Boris Nemtsovun öldürülməsində indiki hakimiyyət maraqlı ola bilər: “Müxalif fəaliyyətlə məşğul olanlar üçün bu, hər şeyin qeyri-müəyyən olması barədə siqnaldır”. Harri Kasparov ölkə müxalifətinin strateji manevrlər etmək imkanının olmadığını da vurğulayıb: “Əgər sizi hər an öldürə bilərlərsə, hansı strateji manevrlərdən söhbət gedə bilər?”

Xatırladaq ki, Harri Kasparov 2012-ci ildən Latviyada siyasi sığınacaq alıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar