Ermənilər ötən ay atəşkəs rejimini 625 dəfə pozub

helikopter5 cebheErmənistan Ordusu cəbhədə minaatan və iriçaplı pulemyotlardan istifadə edib

Bu ilin fevral ayında Ermənistan silahlı bölmələri cəbhə xəttində atəşkəs rejimini 625 dəfə pozub.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, ötən ay cəbhədə təxribatlar törətməyə cəhd edən Ermənistan Ordusunun 2 kəşfiyyat-təxribat qrupunun qarşısı alınıb. Təxribat zamanı Ermənistan tərəfinin xüsusi təyinatlı dəstəsinin komandiri, zabit Tiqran Simonyan da daxil olmaqla bir neçə əsgəri məhv edilib. Düşmən tərəfdən xeyli sayda yaralı da olub.

Ermənistan Ordusu fevral ayında cəbhədə minaatan və iriçaplı pulemyotlardan istifadə edib.

Fevral ayında atəşkəsin pozulmasına görə ilk yerdə cəbhənin Ağdam istiqaməti gəlir. Ağdam rayonu istiqamətində 176 dəfə atəşkəsin pozulması faktı qeydə alınıb. Qarabağ cəbhəsində atəşkəs pozuntularının sayına görə ikinci yerdə Füzuli rayonu gəlir (124 fakt).

Qarabağ cəbhəsi üzrə yanvarda Tərtər rayonu istiqamətində 54 dəfə, Xocavənd rayonu istiqamətində 46 dəfə, Goranboy rayonu istiqamətində 60 dəfə, Cəbrayıl rayonu istiqamətində 37 dəfə, Göygöl rayonu istiqamətində isə 10 dəfə atəşkəsin pozulması faktı qeydə alınıb.

Cəbhə xəttində gərginlik yaradan Ermənistan Ordusu Tovuz rayonu istiqamətində atəşkəs rejimini 43, Qazax rayonu istiqamətində 39, Ağstafa rayonu istiqamətində 12, Gədəbəy rayonu istiqamətində 24 dəfə pozub.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri yanvar ayında atəşkəsi 714 dəfə pozub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar