Vüqar Əliyevin adı əfv siyahısına salınmadı

“Bizim siyahımız da, gündəliyimiz də hazırdır. Eyni zamanda, bir sıra məsələlər də müzakirə edilib. Bütünlükdə işlərimiz artıq yekunlaşıb”. Bu barədə modern.az-a hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib.

O qeyd edib ki, ötən dəfəki əfv siyahısına daxil olan, amma əfvə düşməyən məhkumların da adı budəfəki siyahıya daxil edilib: “Sözsüz ki, keçən dəfəki əfvə düşməyənlərin də adı siyahıya daxil edilib. Bizim siyahıda ümumi olaraq 23 nəfər məhbusun adı qeyd edilib”.

Novella Cəfəroğlu hazırda İnsan Haqları üzrə Birgə İşçi Qrupunun yığıncağını gözlədiklərini vurğulayıb: “İşçi qrupun iclasını gözləyirik. Ümid edirik ki, əfv olacaq və bir çox ailələr sevinəcək”.

“Şəmkirin keçmiş icra hakimiyyəti başçısı Aslan Aslanovun oğlunun qətlə yetirilməsində təqsirli bilinərək ömürlük həbs cəzası alan Vüqar Əliyevin də adı siyahıda varmı” sualına cavab olaraq hüquq müdafiəçisi deyib ki, onların siyahısında onun adı yoxdur: “Bizim siyahıda Vüqar Əliyevin adı qeyd olunmayıb, çünki biz onun adını siyahıya daxil edə bilmərik. Buna baxmayaraq, biz Vüqar Əliyev məsələsini müzakirələr zamanı qaldırcağıq”.

Vüqar Əliyevin vəkili Adəm Məmmədov modern.az-a açıqlamasında Vüqar Əliyevin həbsdən azad olunması üçün prezidentə əfv ərizəsi ilə müraciət etdiyini açıqlamışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar