"Sonralar onu televiziyada baş kəsərkən gördük" - "Cihadçı Con"un atası

İŞİD terror təşkilatının götürdüyü girovları öldürən “Cihadçı Con” ləqəbli Məhəmməd Emvazinin atası açıqlama verib. Musavat.com-un məlumatına görə, İŞİD cəlladının atası hər gün oğlunun ölüm xəbərini gözlədiyini deyib. İraq əsilli Emvazinin Küveytdə doğulduğunu bildirən atası 51 yaşlı Ceysem Əbdülkərim bunları deyib:

“Oğlum 2010-cu ildə İngiltərədə iş axtarırdı. Özünə uyğun iş tapa bilmədikdə Küveytə yollandı. Burada da az maaş təklif olunduğu üçün Türkiyəyə getdi. Uzun müddət heç görüşmədik. 2013-cü ildə bizə zəng etdi və Suriyada məişət xidmətləri ilə məşğul olacağını dedi.

Sonralar onu televiziyada baş kəsərkən gördük. O gündən bəri onun ölüm xəbərini gözləyirəm. Mən onun səsini ilk dəfə amerikalı girovların öldürülməsindən əvvəl eşitdim. Tanıya bilmədim. Videonu yoldaşım da izləyirdi və birdən yüksək səslə dedi ki, bu mənim oğlumun səsidir, insanları öldürən mənim oğlumdur.

O vaxt girovları öldürənin oğlum olduğuna əmin oldum”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar