“Sərhəd məsələsini Obama, Putin və Ollandla müzakirə etmişəm...”

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Səudiyyə Ərəbistanına səfəri çərçivəsində bir daha Ermənistan-Türkiyə sərhədləri məsələsinə toxunub. Musavat.com xarici informasiya qaynaqlarına istinadən xəbər verir ki, təyyarədə jurnalistin “sərhədlərin açılması müzakirə edilirmi” sualını cavablandıran prezident deyib ki, “Dağlıq Qarabağ probleminin həllində irəliləyiş olmayınca sərhədlər açıla bilməz”.

“Obama, Putin və Ollandla biz bu məsələni müzakirə eləmişik. Onlar deyiblər ki, irəliləyişin marağında olublar və olacaqlar. Ancaq hələ ki, nəticə yoxdur” - əlavə edib Türkiyə dövlət başçısı.

Xatırladaq ki, sərhədlərin açılmasını nəzərdə tutan Sürix protokolları məhz rəsmi Ankaranın Qarabağ şərtinə görə reallaşmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar