Dünyanın ən zənginləri məlum oldu - Siyahıda 3 azərbaycanlı da var

ABŞ-ın “Forbes” jurnalı planetin ən varlı biznesmenlərinin adlarını açıqlayıb. Modern.az saytı xəbər verir ki, siyahıda Azərbaycan əsilli biznesmen Vahid Ələkbərov da yer alıb. O 12,2 milyard dollar sərvətlə dünyanın ən zəngin 96-cı şəxsi seçilib. Daha bir azərbaycanlı biznesmen Araz Ağalarov isə 1,9 milyard dollar kapitalla “Forbes” siyahısında 1006-cı yerdə qərarlaşıb.

Digər həmyerlimiz Fərhad Əhmədov isə dünyanın ən zəngin 1324-cü şəxsidir. Onun sərvəti ekspertlər tərəfindən 1,4 milyard civarında qiymətləndirilib.

Planetin ən varlı biznesmenlərinin siyahısına “Microsoft” şirkətinin yaradıcı Bill Qeyts başçılıq edir. Jurnal onun şəxsi sərvətinin 79,2 milyard dollar olduğunu müəyyən edib.

İkinci yerdə meksikalı telekommunikasiya maqnatı Karlos Slim gəlir. Slim 77,1 milyard kapitala malikdir.

Üçüncü yerdə gələn Uorren Baffet isə 72,7 milyard dollar sərvət sahibidir.

İspaniyanın “İnditex” şirkətinin prezidenti Amasio Orteqa (64,2 milyarda dollar) 4-cü, “Oracle” şirkətinin prezidenti Larri Elisson isə (54,3 milyard dolar) 5-ci pillədədir.

“Forbes” jurnalının 2015-ci il reytinq cədvəlinə 1826 nəfərin adı daxil edilib. Onların sərvətlərinin ümumi məbləği 7,05 trilyon dollardır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar