Azərbaycan - Malta oyununun biletləri satışda

Biletlərinin qiyməti kateqoriyadan asılı olaraq 2, 4, 6 və 20 AZN-dir

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də keçiriləcək Azərbaycan - Malta oyununun biletləri satışa çıxarılıb. Anspress-in məlumatına görə, biletləri Tofiq Bəhramov adına Respublika stadionunun və "Bakcell Arena"nın kassalarında, həmçinin Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür.

Qarşılaşmanın biletlərinin qiyməti kateqoriyadan asılı olaraq 2, 4, 6 və 20 AZN-di.

Qeyd edək ki, martın 28-də keçiriləcək Azərbaycan - Malta oyunu saat 21.00-da başlayacaq və Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar