Boris Nemtsovun qatillərinin maşını tapılıb

Tanınmış Rusiya siyasətçisi Boris Nemtsovun qatillərinin avtomobili aşkar edilib. APA-nın məlumatına görə, bu barədə REN TV telekanalı xəbər yayıb.

Məlum olub ki, avtomobil Moskva ətrafı rayonların birində qeydiyyatdadır. Avtomobil “Chevrolet Lanos”-un Ukrayna versiyası olan “ZAZ Chance” modelidir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobilin qadın sahibini dindiriblər. O, avtomobili çoxdandır ki, satdığını bildirib.

İlkin ehtimala görə, Boris Nemtsovu qətlə yetirənlər əslən Rusiyanın Qafqaz regionundan olublar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar