Nemtsov öldü, hədəf Sobçakdır

Tanınmış televiziya aparıcısı Kseniya Sobçak Rusiya müxalifətinin nümayəndəsi, tanınmış siyasətçi Boris Nemtsovun qətlindən sonra Tvitter səhifəsində təhdid dolu mesajlar alır.ANS PRESS-in xəbərinə görə, bu barədə "Ukrinform" məlumat yayıb.

Bildirilir ki, ona sosial şəbəkə istifadəçiləri belə yazırlar: "Növbəti dəfə səni dəfn edəcəyik", "Budur, nə sən, nə də o, yazıq deyil", "Sən növbəti hədəfsən, Sobçak. Sənin əziləcəyin günü gözləyirəm!"

Məlumatda vurğulanır ki, B.Nemtsovun köməkçisinin sözlərinə görə, mərhum siyasətçi də son zamanlar Ukrayna məsələsində tutduğu mövqe ilə əlaqədar sosial şəbəkələr vasitəsilə belə təhdidlər alırdı.

Bu arada Rusiyanın keçmiş iqtisadiyyat naziri və tanınmış bloqer Andrey Neçayev öz Twitter-ində yazıb ki, əvvəllər Nemtsov haqqında mənim səhifəmə fitnəkar sözlər və təhdid dolu şərhlər çox yazılıb.

Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də axşam Moskvanın mərkəzində, Böyük Moskva çayı körpüsündə vurulub. Hadisə haqqında daxili işlər naziri Vladimir Kolokolsev prezident Vladimir Putini ətraflı məlumatlandırıb. Bununla bağlı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılıb, istintaq gedir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar