Ermənidən səfirə alçaq hücum- FOTO

Türkiyənin Fransadakı səfiri Hakkı Akil tələbələr tərəfindən hücuma məruz qalıb.

ANS PRESS-in məlumatına görə, Paris Descartes Universitetinin Hüquq fakultəsində "Türkiyə və Fransada dünyəvilik" adlı konfrans keçirilib.

Konfransda çıxış edən türk səfir erməni əsilli bir Fransa vətəndaşı tərəfindən hücuma məruz qalır.

Belə ki, səfir tribuna arxasında danışarkən erməni ona yaxınlaşaraq rəngli maddələri onun üstünə çırpır.

Hücumdan sonra açıqlama verən Hakkı Akil həmin şəxsin erməni əsilli olduğuna diqqət çəkib.

"Onun kimliyi artıq bizə məlumdur. Bu və bunun kimi ermənilər Marsilya və Parisdə Turzm ofislərimizə hücumlar ediblər", - deyə səfir bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar