Nemtsovun sevgilisi efirdə (VİDEO)

Duritskaya canlı efirdə qətl hadisəsinin necə baş verdiyini açıqladı

Rusiya müxalifət lideri Boris Nemtsovun qatilinin əsas şahidi, sevgilisi ukraynalı model Anna Duritskaya "Дождь" telekanalına müsahibə verib.

ANS PRESS-in məlumatına görə, A.Duritskaya qətl hadisəsinin necə baş verdiyini açıqlayıb. O Skype vasitəsilə efirə bağlanıb.

Modelin sözlərinə görə cinayət hadisəsi baş verənə qədər ətrafda heç bir şübhəli şəxs və ya hərəkət müşahidə edilməyib.

"Borisin kürəyindən vurdular. Qatilin üzünü görə bilmədim. Lakin qatilin parlaq rəngli avtomobilin sürətlə hərəkət etdiyini görə bildim. Atəş açılarkən mən qar təmizləyən maşının yanına qaçdım. Tez polisə zəng vurdum", - deyə Anna Duritskaya bildirib.

Model hazırda Moskvada dostlarının evində olduğunu bildirib. Onun sözlərinə görə, evi 24 saat mühafizə edirlər. Ona Ukraynaya getmək icazə verilmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar