"Hələ bir çox saytlar da bağlanacaq"- Qulu Məhərrəmli

"Bağlanan saytlarda xeyli istedadlı jurnalistlər işləyir və bu hadisə onların işsiz qalmasına səbəb olacaq. Bu isə mənim üçün çox kədərli xəbərdir. Düşünürəm ki, saytların bağlanma prosesi hələ davam edəcək".

Bu sözləri Ölkə.az-a danışan media eksperti Qulu Məhərrəmli deyib. Onun fikrincə, sözügedən proses davamlı olacaq."Holdinqlərin tərkibində olan saytların xərcləri ödənilə bilmədiyindən ixtisarlar gözlənilir. Hələ bir çox saytlar da bağlanacaq. Bu labüd bir prosesdir. Bunun qarşısını almaq mümkün olmayacaq".

Qeyd edək ki, ölkədə bir neçə saytın fəaliyyəti artıq dayandırılıb. Bunlar “Teleqraf Holding” və “ APA Holding”in tərkibinə daxil olan 6 sayt idi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar