Vergi borcu olanlara evlənmək qadağan oluna bilər

Rusiyada vergi borclu olanlara evlənmək qadağan oluna bilər.ANS PRESS-in məlumatına görə, bu haqda Məhkəmə Pristavlarının Federal Xidmətinin direktoru Artur Parfençikov bildirib.

Xarici təcrübəyə əsaslanaraq Rusiyada bütün cərimələri və vergiləri ödəyənə qədər evlənməni məhdudlaşdırmaq lazımdır.

"Niyə də belə olmasın? Evlənmək arzusunu bir-iki gün təxirə samaq olar. Əgər vətəndaş cəmiyyətdə öhdəliklərə riayət etmirsə, dövlətə borcunu vermirsə bunun cəzasını çəkməlidir", - Parfençikov bildirib.

Direktor həmçinin bildirib ki, dövlətə borclarını Rusiya Federasiyası vətəndaşları FSSP saytında yoxlaya, həmçinin elektron pul köməyi ilə bu borcu ödəyə bilərlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar