Məzənnə “müharibələri” nəticə verməyəcək

Gross: Məzənnə “müharibələri” qlobal artımı ləngidə bilər

Dünya şöhrətli investisiya meneceri Bill Gross, məzənnələri zəiflətməyi hədəfləyən adı qoyulmamış bir “müharibənin”, iqtisadi artım təmin etmək əvəzinə qlobal iqtisadiyyatı ləngidəcəyini deyib.

“Pimco”nun ən böyük fondunun rəhbəri olmuş Gross, yeni şirkəti “Janus Capital” üçün yazdığı investor notunda, mərkəzi bank siyasətlərinin Avropada faizləri sıfırdan aşağı endirdiyini və Çin ilə Yaponiya kimi ölkələrin də pul vahidlərini zəiflətməyə çalışdıqlarını bildirib.

Qross “Bu kimi həmlələr pul əldə etməyi və ixracı ucuzlaşdırsa da, qlobal iqtisadiyyata zərər verəcəkdir” deyə qeyd edib.

Qross “Güclü dollar dünyanın hal-hazırdakı lokomotivini (ABŞ-ı) zəiflədəcək, ya da bu devalvasiya səyləri istənilən nəticəni verməyəcəkdir”- deyib. /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar