Qarabağda daha bir erməni əsgəri öldürüldü

Hərb Azərbaycanın işğal edilmiş torpaqlarında erməni əsgər ölüb. ANS PRESS-in erməni KİV-ə istinadən verdiyi məlumata görə, 20 yaşlı Arsen Karapetyan döyüş postunda ölümcül yara alıb.

Qeyd edək ki, bu gün Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda erməni silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 66 dəfə pozduğu bildirilirdi.

ANS PRESS-in Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Çaylı, Göyarx, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Şuraabad, Sarıcalı, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə məruz qalıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar