ÇAY KORRUPSİYASININ ARXASINDAKI GİZLİ ƏL - Büdcədən yayındırılan milyonlar hara gedir?

İstehlak edilən çayın 75%-i maliyyə hesabatından yayındırılır

İdxal və ixrac həcmi barədə informasiyanın, həmçinin sənaye və kənd təsərrüfatı göstəricilərinin analizi göstərir ki, Azərbaycanda istehlak edilən çayın ¾-ü, yəni 75-i maliyyə hesabatlarında əksini tapmır. Bu barədə "Turan"nın məlumatında bildirilir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ildə Azərbaycana 8244,4 ton çay və çay ekstraktı idxal edilib. Bu, əvvəlki ildəkindən 731,5 ton və ya 8,2% azdır. İdxal həcmi pul ifadəsində 2% azalaraq 20 milyon 64 min 900 dollar olub. Çay BƏƏ-dən-130,2 ton, Çindən–127,4 ton, Hindistandan–875 ton, İrandan – 602,3 ton, Şri-Lankadan–6147,6 ton, Türkiyədən – 76,8 ton, Keniyadan – 65 ton, Tailanddan – 43,5 ton, Vyetnamdan–65,1 ton və s idxal edilir.

Dövlətstatkomun ilkin məlumatına görə, 2014-cü ildə fermetləşdirilmiş çay istehsalı 8039,2 ton olub. Bu, 2013-cü ildəkindən 8% çoxdur. Gömrük Komitəsinin məlumatları göstərir ki, idxal edilən çayın üçdə ikisi ixrac edilir. Ötən il ixrac həcmi 5 min 440,6 ton olub. İdxal həcmi 2 145,2 ton və ya 28% azalıb. İxracdan gəlir 31 milyon 245 min dollar təşkil edib. Bu, 2013-cü ildəkindən 13,1 milyon azdır. «Azərbaycan çayı» İraq (3640 ton) və Gürcüstana (402,3 ton) ixrac edilir .

2014-cü ildə çay plantasiyalarından 474,2 ton məhsul yığılıb. Bu, 2013-cü ildəkindən

16,5% azdır. Sənaye emalından sonra bu, 200 ton quru çay deməkdir.

Beləliklə, illik hesablamada yerli istehlakçılara 3 min ton çay düşüb. Azərbaycan Çayçılar Assosiasiyasının hesablamasına görə, bir nəfərə düşən çay həcmi ildə 3,2 kq-dır. ERA Marketinq Mərkəzinin araşdırmalarına görə, əhalinin 97,7%-nin menyüsündə çay əvəzedilməzdir. Əhalinin üçdə biri gündə 2-3 stəkan, 28%-i gündə 5 stəkan çay içir.

Ərzaq balansına əsasən, bir ildə Azərbaycanda 11 min ton çay içilir. DGK bildirir ki, 5,5 min ton çay ölkəyə gömrük rəsmiləşdirməsəindən kənar gətirilir. Pərakəndə satışda bir kq çay orta hesabla 4,64 manatdır. Bu, 2013-cü ilin dekabrındakından 5% bahadır.

Rəqəmlərdən göründyü kimi, əhalinin caya olan tələbatı 11 min ton olduğu halda, rəsmi olaraq cəmi 3 min ton çayın istehlak edildıyi açıqlanıb. Bu isə təxminən 8 min ton çayın satışının qeydiyyatdan yayındırılmasıdır. Sadə hesablamalar aparsaq, bunun təxminən 40 milyon manatlıq məhsul olduğunu görərik. 40 milyon manatlıq məhsulun rəsmi qeydiyyata alınmadan satılması isə milyonlarla manatın vergidən və deməli büdcədən gizlədilməsi, şəxsi ciblərə axması deməkdir. Kimlərin cibinə, bu suala müvafik orqanlar cavab verməlidir.

Ancaq onu da qeyd edək ki, ölkədə cay istehsalı və idxalının əsasən "Azərsun Holdinq» şirkətinin nəzarətində olduğu bildirilir. Elə çayçılığın Azərbaycanın kənd təsərrüfatında çəkisinin demək olar ki, itməsinin bir səbəbi də "Azərsun Holdinq»in fəaliyyətilə bağlanır. Belə ki, sovet dövrü ilə müqayisədə çay plantasiyaları 15- 20 dəfəyədək azalaraq, bir-neçə min hektara düşüb. Bunun nəticəsidir ki, hər il 11 min tondan artıq çay içilən Azərbaycanda 2014-cü ildə çay plantasiyalarından cəmi 474,2 ton məhsul yığılıb. Sənaye emalından sonra bu, 200 ton quru çay deməkdir. Bu isə ölkə əhalisinin caya olan tələbatının heç 0,3 %-ni belə təşkil etmir.

Vaxtilə 25-30 milyonu təmin edən Azərbaycan çayı indi cəmi 300 min nəfərə belə çatmır. Sovet dövründən qalmış çay kolları artıq məhv edilib. Yenilərinin əkilməsi perspektivi isə yoxdur. Daha dəqiqi çox cüzidir. Çünki çay kollarının bar verməsi üçün azı 5-6 il gözləmək lazımdır. Bu isə uzunmüddətli investisiyalar tələb edir. Kənd təsərrüfatına qısamüddətli investisiyalar qoymağa xəsislik edən hökumət çətin ki, buna getsin. Bu sahəni inhisara almış "Azərsun Holdinq"ə isə bu, heç lazım da deyil - xaricdən ucuz və keyfiyyətsiz xammal gətirmək imkanı olduğu halda buna nə ehtiyac var?

Məsələ ondadır ki, Azərbaycanın çay fabriklərini özəlləşdirən "Azərsun Holdinq" yerli istehsalı dirçəltmək əvəzinə xammalı xaricdən gətirməyə üstünlük verdi. Çünki xaricdən idxal olunan xammal keyfiyyətdə yerli istehsala uduzsa da, çox ucuz başa gəlir, üstəlik də kimyalaşdırılır. İndi təbii ətirli Lənkəran çayı haqda yalnız xatirələr qalıb. İstehlak etdiyimiz çay kimyəvi elementlərlə zəngindir. Bir az soyuduqdan sonra çayın rənginin bulanıq hala düşməsi də bunun göstəricisidir. Bir az isti su əlavə edən kim rəng yenidən durulaşır. Yəni kimyəvi elementlərlə zəngindir.

«Azərsun Holdinq» bu sahəni inhisarda saxlamaqla, ölkəyə xaricdən ucuz çayın daxil olmasına da imkan vermir. Buna sübut olaraq “Rosçaykofe”nin baş direktoru Ramaz Çanturiyanın bir zamanlar o vaxt baş nazir olan Vladimir Putinə yazdığı məktubu göstərə bilərik. Məktubda bildirilir ki, Azərbaycanda faktiki olaraq çay idxalına qadağa var. Ramaz Çanturiya qeyd edib ki,

Rusiyanın çay şirkətləri dəfələrlə Azərbaycan bazarına daxil olmaq istəyiblər, amma formal maneələrlə üzləşiblər: «Buna Azərbaycan rəhbərliyinin yerli oyunçuların maraqlarını müdafiə etməsi kimi baxmaq olar. Əsas dividentləri inhisarçı "Azərsun" alır. Bəzi çay operatorlarının sözlərinə görə, yerli bazarda işləmək üçün yeganə imkan çay idxalı üçün qeyri-rəsmi kvota almaqdır. Belə tənzimləmə sistemi azad ticarət haqqında beynəlxalq qanunlara ziddir və Rusiya istehsalçılarının və ixracatçılarının maraqlarını məhdudlaşdırır.»

Bu cür inhisarçı fəaliyət isə həm ölkədə çayçılığın inkişafının qarşısıını alır, həm əhalinin keyfiyyətli məhsulla təminatına mənfi təsir göstərir, həm də qiymətlərin aşağı düşməsinə imkan vermir. Eyni zamanda ölkəyə malın idxalının, emalının və topdan satşının bir şirkətin əlində cəmlənməsi onun asanlıqla milyonlarla manatı büdcədən yayındırmasına şərait yaradır. Necə ki, yayındırılır!

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar