Bakı metrosunda reklamlar bərpa olunur

“Bakı Metropoliteni” QSC-nin ərazisində reklamlar bərpa oluna bilər.

Bunu “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

“Biz reklam vasitələrini metronun ərazisindən ləğv edərkən də bəyan etmişdik ki, gələcəkdə daha müasir səviyyəli, insanların narahatlığına səbəb olmayacaq vasitələrdən istifadə etməklə reklamların yerləşdirilməsinə yenidən icazə verə bilərik. Yaxın gələcəkdə reklamların bərpa olunacağı gözlənilir”, - deyə N. Paşayev bildirib.

Şöbə rəisi qeyd edib ki, reklamlar keçidlərdə, platformalarda quraşdırıla bilər.

"Təbii ki, bu məsələdə əsas sərnişinlərin rahatlığı, təhlükəsizliyidir", - deyə N. Paşayev bildirib.

N. Paşayev əlavə edib ki, Bakı metrosunun ərazisində ticarət köşklərinin fəaliyyəti bərpa olunmayacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar