Zakir Həsənov Yaponiyanın səfiri ilə görüşdü

Fikir mübadiləsi aparılıb.

Martın 3-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşini qəbul edib.

Oxu.Az Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan ilə Yaponiya arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı marağın olması barədə fikir mübadiləsi aparılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar