"Rusiya öz vətəndaşları və bütün dünya üçün təhlükəlidir" - Saakaşvili

saakasvili“Bu nə ölkədir?”.

Bu gün hədə-qorxunun hökmranlıq etdiyi Rusiya bütün dünya üçün təhlükəli yerdir. Oxu.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ştatdan kənar müşaviri, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili CNN-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, əksər müxalifət liderləri ya emiqrasiyadadır, ya türmədədir, ya da öldürüblər. Saakaşvili Aleksey Navalnı və Boris Nemtsovun adlarını çəkib.

“Bütün Rusiyada hədə-qorxu atmosferi hökmranlıq edir... Bu nə ölkədir? Ölkə öz vətəndaşları və bütün dünya üçün həqiqətən də təhlükəli yerə çevrilir”, - siyasətçi deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar