Nemtsovun qətlində adı hallanan İsa Sadıqovdan açıqlama- " Demək ki, ..."

Rusiyanın hökumətə yaxın “İzvestiya” qəzeti tanınmış siyasətçi Boris Nemtsovun ölümündə Azərbaycan müdafiə nazirinin sabiq müavini olmuş polkovnik İsa Sadıqovun da adını hallandırılıb.

Hüquq-mühafizə orqanlarındakı mənbəyə istinad edən qəzet iddia edib ki, Nemtsovun qətlinin təşkilində bu dəstənin hazırkı komandiri, Rusiya prezidenti Vladimir Putinə qarşı qəsdin hazırlanması üzrə işin əsas fiqurantı Adam Osmayev, həmçinin onun arvadı Əminə Okueyva olub. Ukrayna xüsusi xidmət orqanlarının məlumatına görə, müxalifətçinin qətli Rusiya rəhbərliyini diskreditasiya etməli, ölkədə siyasi vəziyyəti qarışdırmalı idi, - deyə, Rusiyanın “İzvestiya” hökumət qəzeti yazır.

“İzvestiya” vurğulayıb ki, həmin çeçen taborunun qərargah rəisi Azərbaycanın müdafiə nazirinin keçmiş müavini (1993-1995-ci illərdə), Azərbaycanda axtarışa verilmiş və son illər Norveçdə yaşayan İsa Sadıqovdur. Dəstənin komandiri isə məşhur səhra komandiri, 2015-ci il fevralın 1-də Debaltsevo uğrunda gedən döyüşlərdə öldürülmüş İsa Munayev olub. Munayev Ukraynaya Danimarkadan gəlib.

Musavat.com-a açıqlama verən İsa Sadıqov bildirib ki, Rusiya qatili tapmaqda maraqlı olmadığı üçün gülünc versiyalar irəli sürür:“Əgər belə bir şayiə yayılıbsa demək ki, Boris Nemtsovun qatilləri tapılmayacaq. Anna Politkovskayanin, Magnitskinin, Estemirovanin, Litvinenkonun, Boris Nemtsovun ölümündə ancaq və ancaq Putin rejimi maraqlı idi. Sirr deyil ki, Nemtsov müharibənin əleyhinə böyük mitinqlər, yürüşlər təşkil edirdi. Yaz-yay aylarında da böyük tədbirlərə təkan verməli idi və o, Rusiyanın müharibədə iştirakını sənədlərlə də sübut etməyə hazırlaşırdı.

Məlumdur ki, vəziyyət Rusiyada da dəyişir. Sanksiyalar, müharibə və s. problemlər Rusiyanı bürüyür, Putin rejiminin vəziyyəti ağırlaşır. Belə halda Nemtsovun ölümündə Ukrayna yox, Putin rejimi maraqlı görünür. O ki qaldı Ukrayna xüsusi xidmət orqanlarının bu qətli təşkil etməsinə, bu gülünc versiyadır.

Məlum olur ki, bu versiyanı ortaya atan ruslar qatili tapmaq fikrində deyillər”.

İsa Sadıqov İnterAz-a da müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Bəs sizin çeçen əsilli İsa Munayevlə əlaqələriniz olubmu?

- Onunla bir dəfə 2014-cü ilin fevral ayında əlaqəm olub.

- Əlaqə deyərkən?...

- Telefon söhbətim. Vəssalam, artıq onunla heç bir əlaqəm olmayıb.

- Əgər bu şəxslə danışığınız olubsa, onda "Azad Qafqaz" barədə də məlumatlısınız?

- Sözün düzü, eşitmişəm.

- Bəs onda Munayevlə əlaqələriniz necə yaranıb? Təsadüfən ola bilməzdi ki?

- Təsadüfən. Xaricdə, demak olar ki, hamı bir-birini tanıyır, tədbirlərdə olurlar, kimsə kimdənsə danışır.

- Və siz də bu təsadüflərin birində Munayevlə tanış olmusuz?

- Bəli, qiyabi, sonra isə telefon zəngi olub.

- Maraqlıdır, Rusiya hakimiyyətinə yaxınlığı olan bir mediada İsa Munayevlə bağlı analiz dərc olunur və həmin yazıda da İsa Sadıqovun adı çəkilir. Hər bir azərbaycanlı və eləcə də siz üçün qəribə deyilmi? Niyə tutaq ki, İsa Qəmbərin yox, məhz İsa Sadıqovun?

- Görünür, bu ad daha çox xoşlarına gəlib. Ruslar tərəfindən ukraynalılara qarşı serblər, ermənilər, çeçenlər, osetinlər döyüşlər. Və belə halda ruslar ukraynalılara böhtan atmalı idilər. Xarici "qüvvələr" axtarışında məni tapıblar. Deməli, belə sərf edib, ona görə də yazıblar.

- Amma etiraf edək ki, Rusiya kəşfiyyatının əli çox uzundur və bu əllər sizin əlaqələriniz və telefon danışıqlarınızdan məlumatlıdır.

- Belə bir məlumatları ola bilməz, ona görə ki, əlaqələr olmayıb.

- Amma telefon danışığının dinlənməsi son zamanlar geniş yayılıb.

-Sizə uğurlar, xanım, görürəm, məndən narahatsınız, dəyməz.

- Əgər sirr deyilsə, sadəcə bir görüşdən sonra telefonda Munayevlə nədən danışmısınız?

- Əhvalımı soruşub.

- Belə çıxır ki, o sizə zəng vurubmuş?

- Bəli.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar