Boris Nemtsovla vida mərasimi başa çatıb - FOTOSESSİYA

Mərasimə Rusiya hökumətinin nümayəndələri də qatılıb

Moskva şəhərindəki Saxarov Mərkəzində fevralın 28-nə keçən gecə paytaxtda qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovla vida mərasimi keçirilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, vida mərasimində Rusiya hökumət aparatının rəhbəri, baş nazirin müavini Sergey Prixodko, baş nazirin müavini Arkadi Dvorkoviç, baş nazirin mətbuat katibi Natalya Timakova, kənd təsərrüfatı naziri Nikolay Fyodorov, “Rosnano”nun sədri Anatoli Çubays, “Rosatom”un rəhbəri Sergey Kiriyenko, “Sberbank”ın rəhbəri German Qref, “Alfa-qrup”un ortağı Mixail Fridman, B. Nemtsovun partiya yoldaşları – RPR-Parnas (Respublikanskaya Partiya Rossii – Partiya Narodnoy Svobodı) liderləri Mixail Kasyanov və İlya Yaşin, Dövlət Dumasının deputatı Dmitri Qudkov, “Yabloko” Partiyasının təsisçilərindən olan Qriqori Yavlinski, “Soyuz Pravıx Sil” Partiyasının keçmiş həmsədri İrina Xakamada, keçmiş maliyyə naziri Aleksey Kudrin, mərhum prezident Boris Yeltsinin həyat yoldaşı Naina Yeltsina və onun qızı, Böyük Britaniyanın sabiq baş naziri Con Meycor, Britaniya səfiri Tima Barrou, ABŞ səfiri Con Tefft, Avropa İttifaqının Rusiyadakı səfiri Viqaudas Uşatskas və digər şəxslər iştirak edib.

Mərasim yerli vaxtla saat 10.00-dan 14.00-ə qədər davam etsə də, xeyli adam vidalaşmaq üçün zala daxil ola bilməyib. Saxarov Mərkəzinin qarşısında uzun növbə yaranıb.

B. Nemtsovun tabutu alqışlarla və “Qəhrəmanlar ölmür!” şüarları ilə qaldırılıb. O, Troyekurov məzarlığında dəfn ediləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar