İsveçdə mədən qəzası: 159 nəfər xilas edildi

İsveçin Dalarna bölgəsinin Qarpenberq rayonunda mədən qəzası baş verib. Musavat.com-un məlumatına görə, “Bolindens” şirkətinə məxsus mədəndə yer altında qalmış 159 nəfər xilas edilib. Yer altının 829 metr dərinliyində yanğın baş verib. Hadisə yerinə cəlb olunan xilasedici qruplar dərhal hərəkətə keçib.

Xilasedicilərin başçısı Mats Canson bildirib ki, xəbəri alan kimi hadisə yerinə gəliblər: “Mədən tüstü ilə dolmuşdu. Xüsusi təlimli xilasedicilər dərhal mədənə endi. Yanğının və işçilərin yerini tapıb xilasetmə işlərinə başladıq. Yanğının nədən qaynaqlandığını bilmirik. Yerin altında işçilərin sığına biləcəyi xüsusi otaq var idi və onların hamısı xilas edildi”.

Qeyd edək ki, keçən il mayın 13-də Türkiyənin Soma rayonunda kömür mədənində qəza meydana gəlmişdi. Qəza nəticəsində 301 nəfər ölmüşdü.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar