“Maneə törədilməsə, yüz faiz yenidən deputat seçiləcəm” - İlyas İsmayılov

“Azərbaycanda proporsional seçki sistemi yoxdur. Bu sistem tətbiq olunanda müxtəlif proqramlarla xalqın içərisinə daxil ola bilirsən. Lakin bizdə hazırda majoritar seçki sistemi tətbiq edilir”.

Bunu Modern.az-a Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov bildirib.

Növbəti parlament seçkilərində Ədalət Partiyasının hansı şəkildə iştirak edəcəyinə münasibət bildirən İsmayılov deyib ki, ayrı-ayrı seçki dairələrində namizədlərini irəli sürəcəklər:

“Seçkilərdə vahid partiya, yaxud partiyalarla bloklar şəklində iştirak etmək haqqında düşünməmişik. Hər halda, partiya seçkilərdə iştirak edəcək. Mən də namizədliyimi irəli sürmək niyyətindəyəm. Özümə qarşı alternativ ola biləcək namizəd görmürəm. Əlbəttə, namizədliyini irəli sürəcək şəxs rəqibdir, amma, ümumiyyətlə, özümdən güclü adam görmürəm.

Əgər rəsmi dairələrdən maneə törədilməsə, yüz faiz yenidən deputat seçiləcəyəm. Partiya daxilində parlamentdə xalqımızı layiqincə təmsil edəcək şəxslər də çoxdur”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar