Süni qiymət artıran daha iki market cəzalandırıldı

İstehlakçıların qiymətdə aldadılması hallarının qarşısı alınıb. İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan nəzarət tədbirləri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Montin küçəsi, ev 21 ünvanında “Siqma LTD” MMC-yə məxsus “Gross” marketdə, Nərimanov rayonu, H. Əliyev küçəsi, ev 90 A ünvanında “İntermarket” MMC-yə məxsus “Ruzi” marketdə malların yarlığında göstərilən qiymətlərlə nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla, əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barədə ciddi tədbirlər görülüb. İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar