“Dünya soyuq müharibə dövrünə girib...” - Stroub Telbott

“Artıq zaman yetişib ki, hər şey öz adı ilə adlandırılsın – dünya yeni soyuq müharibə dövrünə daxil olub”. Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə tanınmış amerikalı diplomat, ABŞ dövlət katibinin sabiq müavini, hazırda Brukinqs Ön Təhqiqatlar İnstitutunun prezidenti Stroub Telbott bildirib.

Özünün twitter səhifəsində Telbott yazıb: “Putinin hər nəfəsdə pozduğu, hamıya tanış olan bir rus frazasını qulaq kəsilməyin vaxtıdır: “Gəlin, hər şeyi öz adı ilə çağıraq”. Biz yeni soyuq müharibədəyik”.

Xatırladaq ki, Telbott vaxtilə Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasında fəal iştirak eləmiş amerikalı diplomatlardandır. Məhz onun dönəmində (1999) problemin həllində münaqişə tərəfləri anlaşmaya ən yaxın olub. Lakin həmin il oktyabrın 27-də Ermənistan parlamentində baş verən gülləboran hər şeyə nöqtə qoydu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar