Əmlak, mülk, torpaq və avtomobil yeni yığım vasitəsinə çevrilə bilər

qubad ibadogluİqtisadçı alım Qubad İbadoğlu manatın devalvasiyasından sonra daşınan və daşınmaz əmlakın yığım vasitəsinə çevriləcəyini bildirib.

Bu barədə Qubad İbadoğlu facebook profilində status yazıb. Həmin statusu təqdim edirik:

“Əmlak, mülk, torpaq və avtomobil yeni yığım vasitəsinə çevrilə bilər.

Manatın devalvasiyasından sonra yaranmış yeni iqtisadi şəraitdə banklara və milli valyutaya olan inamın azalması səbəbindən əsasən 2 istiqamətdə qərarlaşmış tendensiyalar müşahidə olunmaqdadır. Birinci səbəb nağd ödənişlərin artması, milli valyuta ilə əməliyyatların dövriyyəsinin azalması və iri ödənişlərin dollarla həyata keçirilməsinin getdikcə kütləvi hal almasıdır. İkincisi isə sərbəst yığımlarını depozit bazarında və səhm bazarında reallaşdırmaq riskini yüksək hesab edən orta və varlı təbəqəninin xüsusu vəsaitlərini əmlak, mülk, torpaq və avtomobildə maddiləşdirməsidir. Bu isə həmin bazarlarda tələbatın artmasına və qiymətlərin bahalaşmasına səbəb ola bilər. Eləcə də milli iqtisadiyyatda ümumi qiymət artımı bu sahədə bahalaşmaya əlavə stimul verəcəyi də istisna olunmur. Odur ki, hazırkı iqtisadi şəraitdə əmlakın, mülkün, torpağın və avtomobilin üzərində qurulan əməliyyatların riskinin nisbətən az olması onları yeni yığım vasitəsinə çevrə bilər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar