Ərdoğan bu heykələ görə cərimələndi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “əcaib şey” adlandıraraq sökdürdüyü heykələ görə təzminat ödəyəcək. Məhkəmənin qərarı ilə Ərdoğan 10 min türk lirəsi cərimə ödəməli olacaq.Virtualaz.org saytı xəbər verir ki, Ərdoğana qarşı qaldırılan məhkəmə iddiasının nəticəsi bu gün açıqlanıb.

Ərdoğan sökdürdüyü abidəyə görə heykəltəraşa 10 min türk lirəsi (təxminən 4300 manat) təzminat ödəyəcək.

Xatırladaq ki, Qars Bələdiyyə Məclisi 2005-ci ilin noyabrında Ermənistandakı “soyqırımı abidəsi”nə cavab olaraq “İnsanlıq abidəsi” ucaldılmasını qərara almışdı. Qərar yekdilliklə qəbul olunmuşdu.

2006-ci ildə o zamankı Qars bələdiyyə başqanı Naif Əlibəyoğlu heykəltəraş Mehmet Aksoya 24,5 metr uzunluğunda “İnsanlıq abidəsi”ni ucaltdırmışdı.

Abidənin uçurulmasının da qəribə səbəbi var. Baş nazir olduğu zaman Sarıqamış şəhidlərini anma mərasiminə gedən Ərdoğan Qarsda gördüyü bu abidəni “əcaib şey” adlandırmış, abidənin sökülərək yerində park salınmasını istəmişdi.

Ərdoğanın bu sözlərindən sonra - 2011-ci ilin iyununda isə abidə dağıdılmışdı. Bundan sonra məhkəmə çəkişməsi başlamışdı. Nəticə bu oldu ki, Ərdoğan baş nazir olanda verdiyi göstərişin bədəlini prezident ikən ödəməli olacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar