Böhran 23 Rusiya milyarderini siyahıdan sildi

“Forbes” dərgisi Rusiya milyarderlərinin reytinq sıralamasını dərc edib. "Forbes"ə görə, 2014-cü ildə dünyada 1645 milyarder siyahısında 111 Rus milyarder yer aldığı halda, bu il 1826 milyarderin arasına cəmi 88 Rus iş adamının adı düşüb. Amma azalma təkcə Rus milyarderlərin sayında deyil, eyni zamanda, adı milyaderlər siyahısına düşən iş adamlarının sərvətlərində də öz əksini tapıb. Hazırda Rusiyanın ən zəngin iş adamı 15,3 milyard dollar sərvətlə Vladimir Potanindir. “Norilsk Nickel” ortağı və “InterRos Holding” prezidenti Potanin, sərvətini bir ildə 2,8 milyard dollar artıraraq dünya sıralamasında 60-cı sıraya yüksələ bilib. “Alfa Group”un başçısı Mixail Fridman isə 14,6 milyard dollar sərvətlə Rusiya Milyarderləri arasında ikinci yerdə qərarlaşıb. Bir ildə sərvəti 3 milyard dollar azalan Fridman, dünya siyahısında 68-ci sıradadır.İlk dəfə özbək əsilli iş adamı Alişer Usmanov birinciliyi itirərək, 14,4 milyard dollar sərvətlə Rus iş adamları arasında üçüncü yerə geriləyib. Usmanovun bir ildə 4,2 milyard dollar itirdiyinə görə, dünya sıralamasında 71-ci yerdə qərarlaşıb. Hazırda “Renova Qrupu” sahiblərindən Viktor Vekselberg 14,2 milyard dollar sərvətlə ən zəngin dördüncü Rus iş adamıdır. Vekselberg il ərzində 3 milyard dollar itirərək, dünya sıralamasında 73-cü olub. Severostal baş direktoru Aleksey Mordaşov isə sərvətini artıran nadir Rus iş adamlarındandır. Sərvətini 2,5 milyard dollar artıran Mordaşov, 13 milyard dollar sərvətlə dünya sıralamasında da 89-cu sıraya yüksəlib. Rusiyanın nəhəng neft şirkəti “Lukoil”in prezidenti Vahid Ələkbərovun sərvəti də 1,4 milyard dollar azalaraq 12,2 milyard dollara düşüb. Rusiyanın ən zəngin Rus iş adamları siyahısında yer alan “Novatek”in ortaqlarından Leonid Mixelsonun sərvəti 3,9 milyard dollar itkilə 11,7 milyard dollara qədər geriləyib. “NLMK” sahibi Vladimir Lisininin sərvəti isə 5 milyard dollar azalaraq 11,6 milyard dollara, “Volga Group” sahibi Gennadiy Timçenkonun sərvəti 4,6 milyard dollar azalaraq 10,7 milyard dollara, “Onexim Grop” sahibi Mixail Proxorovun sərvəti 1 milyard dollar azalaraq 9,9 milyard dollara, “Alfa Group” sahiblərindən Germen Xanın sərvəti isə 1,8 milyard dollar azalaraq 9,5 milyard dollara düşüb. Rusiyanın məşhur oliqarxlarından Roman Abromoviç isə sərvətini qorumağı bacararaq 9,1 milyard dollarla dünya sıralamasında 137-ci olub.(azadliq.info)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar