Azərbaycan bankları borc almaq üçün növbəyə düzülüb - “Global Capital”

Manatın devalvasiyasından sonra bir sıra Azərbaycan bankları xarici banklardan borc almaq üçün növbəyə düzülüb. Virtualaz.org saytı xəbər verir ki, bu haqda “Global Capital” yazır. Məlumatın mənbəyi kimi bankirlər göstərilir.

Xəbərdə bildirilir ki, hazırda bir neçə Azərbaycan bankı xaricdən borc almaq üçün daha iri kreditorlarla danışıqlar aparır.

Belə banklardan biri Azərbaycan Beynəlxalq Bankıdır. “Global Capital” bildirir ki, bank ötən il beynəlxalq kreditorlardan bir illiyinə 160 milyon dollar kredit cəlb edib və bu müddət aprel ayında başa çatır.

Banklararası sindikatlaşdırılmış kredit sövdələşməsində Azərbaycan Beynəlxalq Bankının tərəfdaşları “Alfa-bank”, “CitiGroup”, “Commerzbank”, “JP Morgan” kimi iri banklar olublar.

Xatırladaq ki, fevralın 21-də Azərbaycan Mərkəzi Bankı manatın kursunda kəskin dəyişiklik edərək milli valyutanı dollara nisbətdə təxminən 34 faiz ucuzlaşdırıb. Bu da aktivlərinin əsas hissəsi manat şəklində olan banklar üçün ciddi problem yaradıb.

Bəzi ekspertlərin qənaətinə görə, kəskin devalvasiya bir neçə bankın müflis olmasına gətirib çıxara bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar