ABŞ Milli Kəşfiyyatının başçısı: “Ukraynaya ölüm silahları verməliyik...”

ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klepper bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya ölüm silahları verməlidir. Musavat.com xarici qaynağa istinadən xəbər verir ki, onun fikrincə, bu, ukraynalıların “öz qətiyyətini möhkəmləndirməsi” və “Amerikanın onlarla olmasına inamı gücləndirmək” üçün vacibdir.

Klepper belə bir açıqlamanı Nyu-Yorkda millətlərarası münasibətlərə dair Şurada çıxışı zamanı söyləyib. Ancaq bu zaman onu da qeyd edib ki, ABŞ hökumətinin yox, özünün mövqeyini ifadə edir. Onun sözlərinə görə, Ağ Ev hələ ki, bu məsələ ilə bağlı qəti fikrə gəlməyib.

Az öncə xəbər verilmişdi ki, Barak Obama belə bir variantı nəzərdən keçirir, ancaq bu addımdan dolayı şübhələri var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar