"Ölüm hökmü bərpa edilsin"
Deputat Vadim Solovyov Vladimir Putinə təklif göndərdi
Rusiyada ölüm hökmü bərpa oluna bilər. ANS PRESS-in məlumatına görə, Dövlət Dumasının Kommunist fraksiyasından olan üzvü Vadim Solovyov bəyan edib ki, Rusiya rəhbərliyinə Boris Nemtsovun qətlə yetirilməsi kimi cinayətlərə ölüm hökmünün bərpası haqqında təklif göndərəcək.
Müvafiq təklifi deputat Rusiya prezidentinə, baş nazirinə, Federal Məclisin hər iki palata rəhbərinə göndərməyi planlaşdırır.
O, hesab edir ki, hüquq-mühafizə orqanlarının işçilərinin sayını azaltmaq olmaz. Deputat bunu belə izah edib: "Şübhəsiz ki, ölüm hökmünə moratorium məsələsinə qayıtmaq lazımdır. Bu qətli törədənlər başa düşməlidirlər ki, cəmiyyətin belə vəhşilərdən qorunmaq hüququ var. Yeganə cəza ölüm hökmü olmalıdır".
Solovyov hesab edir ki, terror aktlarına, sifarişli qətllərə, silahlı yolla hakimiyyəti ələ keçirməyə və kütləvi qətllərə görə ölüm hökmü verilə bilər.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.