Türkiyədən İŞİD həmləsi -FOTOLAR

Türkiyə İŞİD terror qruplaşmasına qarşı əməliyyata başlayan İraqa iki təyyarə dolu hərbi yardım göndərib.ANS PRESS-in məlumatına görə, Türkiyənin İraqa göndərdiyi hərbi yardımlar C-130 tipli iki hərbi təyyarə ilə paytaxt Bağdadın 20 kilometr şərqindəki Əl Musenna hərbi hava bazasına çatdırılıb. Türkiyənin İraqdakı səfiri Faruk Kaymakçı hərbi yardımları bu ölkənin Müdafiə Nazirliyinə təhvil verib.

Səfirlikdən verilən açıqlamada deyilir: "Türkiyə İŞİD-ə qarşı mübarizədə beynəlxalq koalisiyasının tərkibində, istərsə də ikitərəfli səviyyədə dost və qardaş İraq hökumətinin və xalqının yanında olmağı, İraqın birliyi və bütövlüyü, sabitliyi, təhlükəsizliyi və rifahı üçün əlindən gələn yardımları davam etdirəcək".

Təyyarələrdə 500 əsgər üçün hərbi təhcizat daşındığı bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar