Türkiyədə 24 polis həbs edildi

Türkiyədə “Paralel dövlət” istintaqı çərçivəsində saxlanılan 24 polis daha sonra məhkəmə qərarı ilə azad edilmişdi. Musavat.com-un məlumatına görə, prokurorluq məhkəmə qərarına etiraz etdiyi üçün proses yenidən keçirilib. Qeyri-qanuni dinləmə, şəxsi həyatın gizliliyini yayma, casusluq iddiası ilə günahlandırıln polislərdən 6-sı haqqında həbs qərarı qəbul edilib.

Polislərdən 14-ü isə sərbəst buraxılıb.

Ankara 2-ci Sülh Cəza Məhkəməsi isə bu gün aralaında Ankara kəşfiyyat rəisinin müavini Məhərrəm Durmaz, keçmiş Ankara polis rəisi müavini Hami Güney və keçmiş kəşfiyyatın şöbə rəisi Zəki Güvənin də olduğu 18 polis haqqında həbs qərarı verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar