İŞİD Liviyada da neft yataqlarını ələ keçirdi

İŞİD terror qruplaşmasının silahlıları Liviyada Mabruk və Əl Bahi neft yataqlarını ələ keçirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, neft yataqlarını ələ keçirmək üçün hücuma keçən silahlılar Əs Sidr limanına çəkilən boru xəttini sıradan çıxarıblar. Bundan əvvəl yataqlar uğrunda döyüşlərin davam etdiyi bildirilirdi.

“Röyters”in Liviyanın neft obyektlərinin mühafizə xidmətinin mətbuat xidmətinin rəhbəri Əli Hasiyə istinadən verdiyi xəbərə görə, silahlıların hücumunu dəf edə bilməyən təhlükəsizlik xidmətinin əməkdaşları geri çəkilməyə məcbur olublar.

Lakin agentlik öz mənbələrinə istinadən qeyd edir ki, hücum zamanı Əl Bahi neft yatağını heç kim mühafizə etməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar