Ukraynanın şərqində 12 min Rusiya əsgəri var

ABŞ ordusunun hesablamalarına görə, Ukraynanın şərqində moskvapərəst separatçıları 12 min Rusiya əsgəri dəstəkləyir. ABŞ-ın ordu komandiri Ben Hodges deyib ki, Rusiya qüvvələrinə hərbi müşavirlər, silah əməliyyatçıları, döyüşçülər daxildir. Hodges onu da bildirib ki, Moskvanın ötən il anneksiya etdiyi Krımda isə 29 min Rusiya əsgəri var.

Hodges martın 3-də Berlində deyib ki, Ukraynaya silahlı kömək Rusiya prezidenti Vladimir Putinin ölkəsində üzləşdiyi riski artırır. Onun sözlərinə görə, “analar oğullarının meyitini görəndə, qiymətlər qalxanda, ölkəiçi dəstək də azalır”.

Rusiya yaraqlılara yardım etmədiyini bildirir. Hodges söyləyib ki, Ukraynanın istədiyi “kəşfiyyat, atəşə qarşı dayanmaq və Rusiya tankını durdurmaqdır”.

Ağ Ev hələlik Ukraynaya silah göndərmək qərarını verməyib. Hodges bir daha Vaşinqtonun diplomatik həll tərəfdarı olduğunu təkrarlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar