Nüvə danışıqlarında irəliləyiş var

ABŞ dövlət katibi Con Kerri və İran XİN rəhbəri Məhəmməd Cavad Zərif İsveçrənin Montrö şəhərində nüvə proqramına dair 2 gündür davam edən danışıqları yekunlaşdırıblar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Con Kerri görüşün nəticələrinə dair mətbuata heç bir açıqlama verməyib.

Mənbənin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, danışıqlar zamanı bəzi mühüm aspektlər üzrə Vaşinqton və Tehran arasında müəyyən irəliləyiş əldə olunub. Tərəflərin, xüsusən, “sanksiyalar problemi”nə dair müəyyən razılaşmaya nail olunduğu bildirilir.

Bundan əvvəl İran ABŞ prezidenti Barak Obamanın Tehranın nüvə proqramına dair fəaliyyətini 10 il müddətinə təxirə salmaq təklifini rədd etmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar