ABŞ Xodorkovskini Putinin yerinə hazırlayır

“Rusiya Ukrayna məsələsində mövqeyini dəyişsə belə, ABŞ soyuq müharibəni bitirməyəcək”. Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Dumasının Xarici Məsələlər üzrə Komitəsinin sədri Aleksey Puşkov çıxış edib.

O bu müharibədə Vaşinqtonun əsas məqsədinin Rusiyadakı siyasi rejimi dəyişdirməkdən ibarət olduğunu bildirib:

“Hazırda Amerikada olan anti-Rusiya əhval-ruhiyyəsi hətta Reyqan dövründə olmayıb. Rusiyada heç bir kütləvi hərəkat ABŞ-ın əsiri olmayacaq. Məsələn, hazırda Mixail Xodorkovski hazırda Almaniyada “Fridom Hauz”un baş qərargahında faktiki olaraq özünün prezidentlik kampaniyasına başladığını bəyan edib. Bunun maliyyələşdirilməsinin 90%-ni isə ABŞ Dövlət Departamenti həyata keçirir. Onun ABŞ-ın irəli sürdüyü şəxs olması Rusiyada uğur qazanmasına yardım etməyəcək”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar