Xocalı soyqırımı yəhudi nəşrində

Xocalı soyqırımı ABŞ-ın nüfuzlu yəhudi nəşrində. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, ABŞ-ın ən aparıcı yəhudi nəşrlərindən olan, Los Ancelesdə fəaliyyət göstərən “Jewish Journal” qəzetində Xocalı həqiqətləri barədə geniş məqalə dərc olunub. Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tərəfindən yazılmış məqalə “Xocalı: bir qətliamın günahsız qurbanları üçün ədalət uğrunda mübarizə” başlığı daşıyır.

Müəllif, Xocalı soyqırımını müasir Avropa tarixinin ən dəhşətli faciələrindən biri adlandıraraq bu qətliam, eləcə də Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq və etnik təmizləmə siyasəti barədə ətraflı məlumat verir. Baş konsul, son illərdə beynəlxalq ictimaiyyətdə Xocalı həqiqətlərinə diqqətin artdığını vurğulayaraq, bu səpkidə bir müddət əvvəl İsrail prezidenti Ruven Rivlinin Xocalı soyqırmını BMT-nin Baş Assambleyasında gündəmə gətirməsini və digər müxtəlif dövlətlər və ABŞ-ın bir çox ştatları tərəfindən Xocalı qətliamının tanınmasını qeyd edir.

N.Ağayev, Xocalı hadisələri fonunda insanlığa qarşı törədilmiş cinayətlərlə bağlı vahid mövqe nümayiş etdirilməsinin vacibliyini vurğulayır və bildirir ki, bu məsələdə ABŞ Konqresinin də üzərinə böyük məsuliyyət düşür. Diplomat, insanlığa qarşı törədilmiş bütün cinayətlərin hər hansı ayrı-seçkiliyə yol vermədən pislənilməsinin önəmini qeyd edərək yazır: “Məkanından və cinayətkarın kimliyindən asılı olmayaraq keçmişdə və günümüzdə baş verən bütün zorakılıqlara qarşı eyni mövqe göstərmək gələcəkdə bu kimi faciələrin qarşısının alınması üçün önəmli şərtdir.”

Baş konsul, Xocalı qurbanlarının yaddaşlarda əbədi qalmaları üçün Azərbaycanın öz haqq mübarizəsini davam etdirəcəyini bildirir, ABŞ Konqresini Xocalı soyqırımına dair müvafiq qətnamə qəbul edərək bu ədalət mübarizəsinə qoşulmağa çağırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar