Türkiyənin sərnişin təyyarəsi qəzaya uğradı

Türk Hava Yollarına aid sərnişin təyyarəsi qəzaya uğrayıb. Musavat.com-un məlumatına görə, qəza nəticəsində bir sərnişin yaralanıb. İstanbuldan Katmanduya uçan A330 tipli təyyarə Katmanduda eniş edərkən cığırdan çıxıb. Nəticədə bir sərnişin yüngül yaralanıb və dərhal xəstəxanaya çatdırılıb. Digər sərnişinlər isə qəzalı enişdən sonra evakuasiya edilib.

Türk Hava Yollarının mətbuat katibi Əli Gənc tvitter sosial şəbəkəsi vasitəsilə açıqlama verib:

"Sərnişinlərimiz və uçuş komandamız təhlükəsiz şəkildə azad edilərək terminala alındı. Hadisədə bir sərnişinimiz yüngül yaralanaraq xəstəxanaya çatdırıldı. Hadisənin yaranma səbəbi texniki araşdırmadan sonra aydın olacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar